Ana Sayfa > Özəl > Azərbaycan hərbçisinin qaytarılmasına mane olmaq istəyirlər? – Ermənistanda yeni siyasi gərginlik

Azərbaycan hərbçisinin qaytarılmasına mane olmaq istəyirlər? – Ermənistanda yeni siyasi gərginlik


Bu gün, 19:18. Yazar: vasif
Azərbaycan hərbçisinin qaytarılmasına mane olmaq istəyirlər? – Ermənistanda yeni siyasi gərginlik




Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin taleyi ölkə daxilində siyasi mübahisəyə çevrilib. Müxalifətdə olan “Güclü Ermənistan” Partiyası baş nazir Nikol Paşinyanı Azərbaycan hərbçisini müdafiə etməkdə ittiham edib.

Xatırladaq ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistan ərazisində saxlanılıb, ertəsi gün barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Paşinyan isə hərbçinin Ermənistanda uzun müddət qalmayacağını bildirib.

Siyasi şərhçi Xəyal Bəşirovun fikrincə, müxalifət bu hadisədən hakimiyyətə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Ermənistan tərəfi Musayevin yerli sakinə atəş açdığını iddia edir. Bu iddia ilə bağlı yekun məhkəmə qərarı barədə məlumat yoxdur.

Ekspert qeyd edib ki, müxalifətin bəzi nümayəndələri Azərbaycan hərbçisinin Azərbaycanda saxlanılan ermənilərlə dəyişdirilməsi məsələsini də gündəmə gətiriblər.

Bəşirovun sözlərinə görə, Musayevin qaytarılması Ermənistan daxilində siyasi narazılığı artıra bilər. Digər tərəfdən, prosesin uzadılması Bakı ilə İrəvan arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.

Siyasi şərhçi hərbçinin Azərbaycana qaytarılacağına inandığını bildirib. Bununla belə, müxalifətin təzyiqlərinin Ermənistan hökumətinin yekun qərarına necə təsir edəcəyi hələlik məlum deyil.
Geri dön