Ana Sayfa > Özəl > Trampdan Ağ Evdə gözlənilməz təklif – Jurnalistlərin yerinə hovuz tikilsin
Trampdan Ağ Evdə gözlənilməz təklif – Jurnalistlərin yerinə hovuz tikilsinBu gün, 18:39. Yazar: vasif |
![]() ABŞ prezidenti Donald Trampın Ağ Evdə jurnalistlər üçün ayrılmış brifinq otağını ləğv edərək yenidən üzgüçülük hovuzuna çevirmək ideyası gündəmə gəlib. “The New York Times” qəzetinin məlumatına görə, Tramp bu təklifi Ağ Evin keçmiş mətbuat katibi Kerolin Levittə bir neçə dəfə səsləndirib. Prezident jurnalistlərin binadan çıxarılmasını və həmin ərazinin əvvəlki təyinatına qaytarılmasını istəyib. Trampın bu ideyanı müşavirləri ilə də müzakirə etdiyi bildirilir. O, layihənin həyata keçirilməsini özündən sonra qalacaq mühüm dəyişikliklərdən biri kimi qiymətləndirib. Qeyd edək ki, Ağ Evin Qərb Qanadında yerləşən hovuz 1933-cü ildə prezident Franklin Ruzveltin dövründə inşa olunub. Daha sonra Riçard Niksonun prezidentliyi zamanı həmin ərazi jurnalistlər üçün brifinq otağına çevrilib. Nəşr yazır ki, Trampın media nümayəndələri ilə gərgin münasibətləri fonunda belə bir qərarın qəbul edilməsi simvolik məna daşıya bilər. Hələlik brifinq otağının bağlanması və jurnalistlərin Ağ Evdən çıxarılması barədə rəsmi qərar açıqlanmayıb. Geri dön |