Ana Sayfa > Özəl > Tramp, Putin və Si Cinpin arasında gizli plan? – Dünyanın yenidən bölünməsi iddiası

Tramp, Putin və Si Cinpin arasında gizli plan? – Dünyanın yenidən bölünməsi iddiası


Bu gün, 18:13. Yazar: vasif
Tramp, Putin və Si Cinpin arasında gizli plan? – Dünyanın yenidən bölünməsi iddiası



ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putin və Çin rəhbəri Si Cinpinlə üçtərəfli sammit keçirmək istədiyi iddia olunur.

“The Wall Street Journal” qəzetinin redaksiya məqaləsində mümkün görüşün beynəlxalq siyasətdə ciddi dəyişikliklərə yol aça biləcəyi bildirilir. Hətta belə bir sammit 1945-ci ildə keçirilmiş Yalta Konfransı ilə müqayisə edilir.

Nəşrin fikrincə, Trampın əsas məqsədlərindən biri Moskva və Pekinlə genişmiqyaslı razılaşmalar əldə etmək ola bilər. Qəzet ABŞ administrasiyasının Ukrayna və Avropaya münasibətdə siyasətini də bu ehtimal çərçivəsində qiymətləndirir.

Məqalədə Rusiyanın neft və yanacaq sektoruna tətbiq edilən bəzi məhdudiyyətlərin yumşaldılması Vaşinqtonun Moskva ilə yaxınlaşmaq niyyətinin mümkün əlaməti kimi təqdim olunur.

WSJ xəbərdarlıq edir ki, belə bir razılaşma NATO daxilində fikir ayrılıqlarını dərinləşdirə, ABŞ-ın Sakit okeandakı mövqeyinə təsir göstərə və Çinin Tayvana təzyiqini artıra bilər.

Bununla belə, dünyanın təsir dairələrinə bölünməsi barədə rəsmi razılaşma açıqlanmayıb. Üçtərəfli sammitin keçiriləcəyi də təsdiqlənməyib. Səsləndirilən fikirlər qəzetin siyasi təhlili və ehtimallarıdır.
Geri dön