Ana Sayfa > Ölkə / Karusel > DYP əhaliyə müraciət etdi
DYP əhaliyə müraciət etdiBu gün, 11:21. Yazar: Subhan |
![]() Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət ünvanlayıb. Bu barədə aia.az-a idarədən məlumat verilib. Bildirilib ki, avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə BDYPİ aidiyyəti qurumlarla birgə növbəti dəfə “Təmiz hava” aylığına start verib. Preventiv əhəmiyyət kəsb edən sözügedən tədbirin əsas hədəfi təkcə atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması deyil. Həm də sürücülərlə, eləcə də sərnişin və yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasıdır. “BDYPİ cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırır”, - deyə müraciətdə vurğulanıb. aia.az Geri dön |