Ana Sayfa > Karusel / Ölkə > Lerikdə qızıl axtaranlar tutuldu -
Lerikdə qızıl axtaranlar tutuldu -Bu gün, 10:18. Yazar: Subhan |
![]() Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan aia.az-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb. Digər şəxs - E. Kərimov saxlanılıb. Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb. Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. aia.az Geri dön |