Ana Sayfa > İdman > PSJ-dən əzmkar qələbə, “Fənərbaxça”dan isə yenə fiasko -
PSJ-dən əzmkar qələbə, “Fənərbaxça”dan isə yenə fiasko -Bu gün, 07:22. Yazar: Subhan |
![]() UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinin üçüncü turunun ilk matçları baş tutub. aia.az xəbər verir ki, gecən mərkəzi qarşılaşmasında Fransa nəhəngi PSJ “Barselona”nı sınağa çəkib. Görüş parislilərin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Ötən turda “Aston Villa”ya səfərdə uduzan Türkiyənin “Fənərbaxça” komandası isə bu dəfə Çexiya təmsilçisi “Slaviya Praqa” ilə 2:2 hesablı heç-heçəyə razılaşıb. Çempionlar Liqasında qeydə alınan nəticələri təqdim edirik: “Mançester Siti” (İngiltərə) – AEK (Yunanıstan) — 5:1 “Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) — 4:3 “Napoli” (İtaliya) – “Budo-Qlimt” (Norveç) — 4:3 PSJ (Fransa) – “Barselona” (İspaniya) — 4:2 “Portu” (Portuqaliya) – PSV (Niderland) — 0:1 “Roma” (İtaliya) – “Slovan Bratislava” (Slovakiya) — 4:0 “Ştutqart” (Almaniya) – “Atletiko Madrid” (İspaniya) — 1:1 “Fənərbaxça” (Türkiyə) – “Slaviya Praqa” (Çexiya) — 2:2 “Sabah” (Azərbaycan) – “Borussiya Dortmund” (Almaniya) — 1:2 aia.az Geri dön |