Ana Sayfa > İdman > "Fənərbaxça” stadionunda türk dünyasının birliyi – Azərbaycan bayrağı diqqət mərkəzində
"Fənərbaxça” stadionunda türk dünyasının birliyi – Azərbaycan bayrağı diqqət mərkəzindəBu gün, 21:46. Yazar: vasif |
![]() İstanbulda Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində “Fənərbaxça” və “Slaviya Praqa” komandaları arasında baş tutan futbol qarşılaşması zamanı Şükrü Saracoğlu stadionunda gözləri oxşayan mənzərə yaşanıb. Belə ki, tribunada dalğalandırılan türk dövlətlərinin bayraqları arasında Azərbaycan bayrağı da xüsusi diqqət çəkib. “Fənərbaxça” azarkeşlərinin yaratdığı atmosfer fonunda müxtəlif bayraqların dalğalanması stadionda rəngarəng görüntülər ortaya çıxarıb. Qardaş türk dövlətlərinin rəmzlərinin eyni məkanda görünməsi, xüsusilə də mavi, qırmızı və yaşıl rəngləri ilə seçilən Azərbaycan bayrağının tribunada yer alması diqqətdən yayınmayıb. İdman meydanları yalnız futbol komandalarının mübarizə apardığı məkanlar deyil. Bu cür görüntülər həm də xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin nümayişi baxımından diqqət çəkir. Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi və mənəvi bağlar isə belə məqamlara xüsusi məna qazandırır. İstanbulun futbol atmosferində türk dövlətlərinin bayraqlarının bir arada dalğalanması ortaq kökləri, mədəni yaxınlığı və qardaşlıq münasibətlərini xatırladan mənzərə yaradıb. Bu görüntülərdə Azərbaycan bayrağının yer alması da ölkəmizə olan diqqəti bir daha ön plana çıxarıb. Geri dön |