Ana Sayfa > Şou-biznes > Məşhur proqram smartfonlardan silinir

Məşhur proqram smartfonlardan silinir


19-04-2017, 16:47. Yazar: admin
Məşhur proqram smartfonlardan silinir



Hindistanda smartfon sahibləri dünyanın ən populyal mobil proqram əlavələrindən olan Snapchat-ı silməyə başlayıblar.

Milli.Az Hindustan Times-a istinadən bildirir ki, Twitter-də isə #UninstallSnapchat heşteqi sürətlə populyarlaşır.

Baş verənlərin səbəbi Snapchat-ın sahibi və rəhbəri Evan Şpigelin hələ 2015-ci ildə yaydığı açıqlamadır. Həmin açıqlamanı srağagün Variety dərc edib və böyük qalmaqal da bundan sonra başlanıb.

"Hindistan və ya İspaniya kimi yoxsul ölkələrdə genişlənmək niyyətində deyilik", - Şpigel demişdi.

Hazırda Snapchat-ın 100 milyondan artıq aktiv istifadəçisi var.

AİA.az
Geri dön