Ana Sayfa > Manşet / Siyasət > “Qanunvericilik islahatları ilə yanaşı, parlamentimiz texnoloji tərəqqinin yaratdığı imkanlardan öz fəaliyyətində də səmərəli istifadə edir”
“Qanunvericilik islahatları ilə yanaşı, parlamentimiz texnoloji tərəqqinin yaratdığı imkanlardan öz fəaliyyətində də səmərəli istifadə edir”Bu gün, 18:18. Yazar: azer |
![]() “Qanunvericilik islahatları ilə yanaşı, parlamentimiz texnoloji tərəqqinin yaratdığı imkanlardan öz fəaliyyətində də səmərəli istifadə edir.” Bunu spiker Sahibə Qafarova Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclasındakı çıxışında deyib. Milli Məclisin sədri bildirib ki, bu yaxınlarda qəbul edilmiş qanunla ictimai müzakirələrin və parlament dinləmələrinin elektron formada keçirilməsinin hüquqi əsasları müəyyən edilmiş, bununla da ictimai iştirakçılıq üçün əlavə imkanlar yaradılmışdır. Bu gün rəqəmsal texnologiyalar parlament fəaliyyətinin ayrılmaz hissəsidir. Elektron sənəd dövriyyəsi, elektron səsvermə sistemi və qanunvericilik prosesinin izlənilməsi sistemi şəffaflığın, səmərəliliyin və institusional effektivliyin artırılmasına xidmət edir. Milli Məclisdə komitələrin və plenar iclasların gedişində səsləndirilən çıxışların avtomatik olaraq yazılı mətnə çevrilməsi üçün süni intellekt texnologiyalarından da istifadə olunur. Geri dön |