Ana Sayfa > Ölkə > YAP-ın VIII Qurultayının qərarları və dövlətin səhiyyə sahəsindəki hədəfləri diqqət mərkəzindədir
YAP-ın VIII Qurultayının qərarları və dövlətin səhiyyə sahəsindəki hədəfləri diqqət mərkəzindədirBu gün, 17:38. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Oğuz, Dədə Qorqud-1" ünvanında yerləşən (Oğuz Rayon Mərkəzi Xəstəxanası) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII qurultayından irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynadığını bildirib. O, Prezident, YAP-ın sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Çıxış edən Oğuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin(RMX PHŞ)direktoru Anar Əzizov dövlətin səhiyyə sisteminin inkişafına yönəlmiş siyasətindən bəhs edib. Anar Əzizov tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sağlamlığın qorunması və profilaktik tədbirlərin genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini qeyd edib. Rayon Mərkəzi Xəstəxanasının inzibati işlər üzrə direktor müavini Teymur Kərimli, "Oğuz, Dədə Qorqud-1" (Oğuz Rayon Mərkəzi Xəstəxanası) ərazi partiya təşkilatının sədri Lalə Salamova, həkim-narkoloq Vüsal Babayev çıxış edərək dövlət tərəfindən səhiyyə sahəsində həyata keçirilən tədbirlərin tibbi xidmətlərin təkmilləşdirilməsinə verdiyi töhfələrdən danışıblar.Çıxış edənlər əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasının və mövcud imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıblar. Görüşdə Möhtərəm Prezident, YAP-ın sədri cənab İlham Əliyevin VIII Qurultayda müəyyənləşdirdiyi prioritetlər, dövlətin səhiyyə siyasəti və bu sahədə qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |