Ana Sayfa > Özəl > İran dünyanı internet böhranı ilə hədələdi – Bir hücum milyonlarla insana təsir edə bilər

İran dünyanı internet böhranı ilə hədələdi – Bir hücum milyonlarla insana təsir edə bilər


Bu gün, 20:46. Yazar: vasif
İran dünyanı internet böhranı ilə hədələdi – Bir hücum milyonlarla insana təsir edə bilər




ABŞ və İran arasında gərginlik davam edərkən Tehran qlobal internet və rabitə infrastrukturu ilə bağlı yeni hərbi xəbərdarlıq edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Mühibbi Hörmüz boğazının altından yeddi mühüm sualtı internet kabelinin keçdiyini bildirib. Onun sözlərinə görə, bu xətlər beynəlxalq məlumat mübadiləsi və kommersiya əlaqələri baxımından strateji əhəmiyyət daşıyır.

SEPAH rəsmisi yaxın zamanda yeni hərbi hədəflərin açıqlanacağını və yeni silahların nümayiş etdiriləcəyini bəyan edib.

İranın Yüksək Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai isə daha əvvəl xəbərdarlıq edib ki, yeni müharibə başlayarsa, ABŞ-la əlaqəli sualtı internet kabelləri, məlumat mərkəzləri və süni intellekt infrastrukturu mümkün hədəflər sırasına daxil edilə bilər.

Bununla belə, Rzai həmin obyektlərin hazırda İranın hərbi hədəfləri arasında olmadığını vurğulayıb.

Ekspertlərin qiymətləndirməsinə görə, sualtı internet kabellərinə hücum beynəlxalq rabitədə ciddi fasilələrə, maliyyə əməliyyatlarında və rəqəmsal xidmətlərdə problemlərə səbəb ola bilər. Lakin bir kabelin sıradan çıxması bütün dünyada internetin tamamilə dayanacağı anlamına gəlmir.

İran rəsmilərinin açıqlamaları hələlik xəbərdarlıq xarakteri daşıyır. Sualtı internet kabellərinə hücumun həyata keçirildiyi barədə məlumat yoxdur.
Geri dön