Ana Sayfa > Özəl > Valideynlərin diqqətinə: Uşaqların müntəzəm tibbi müayinəsi niyə vacibdir?

Valideynlərin diqqətinə: Uşaqların müntəzəm tibbi müayinəsi niyə vacibdir?


Bu gün, 20:17. Yazar: vasif
Valideynlərin diqqətinə: Uşaqların müntəzəm tibbi müayinəsi niyə vacibdir?




Uşaqların sağlam böyüməsi və mümkün xəstəliklərin vaxtında aşkarlanması üçün müntəzəm tibbi müayinələr mühüm əhəmiyyət daşıyır.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim-gigiyenisti Sevda Talıbova bildirib ki, icbari dispanserizasiya uşaqların fiziki və psixi inkişafının izlənilməsinə, sağlamlıq problemlərinin erkən müəyyən edilməsinə imkan yaradır.

Onun sözlərinə görə, bu müayinələr uşaq bağçalarında, məktəblərdə, internatlarda, uşaq evlərində və digər mütəşəkkil uşaq müəssisələrində həyata keçirilir.

Dispanserizasiya yalnız xəstə uşaqları deyil, sağlam uşaqları da əhatə edir. Müayinələr zamanı onların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir, yoluxucu və qeyri-yoluxucu xəstəliklərin əlamətləri araşdırılır, peyvəndlərin vaxtında aparılıb-aparılmadığı yoxlanılır.

Mütəxəssis qeyd edib ki, profilaktik müayinələr gələcəkdə yarana biləcək sağlamlıq problemlərinin qarşısının alınmasına kömək edir.

Sevda Talıbova valideynləri uşaqların tibbi müayinələrinə məsuliyyətlə yanaşmağa və bu prosesdə fəal iştirak etməyə çağırıb.
Geri dön