Ana Sayfa > Özəl > Azərbaycanın dövlət saytlarına kütləvi kiberhücum – Əsas məqsəd açıqlandı

Azərbaycanın dövlət saytlarına kütləvi kiberhücum – Əsas məqsəd açıqlandı


Bu gün, 19:44. Yazar: vasif
Azərbaycanın dövlət saytlarına kütləvi kiberhücum – Əsas məqsəd açıqlandı




Son bir həftə ərzində Azərbaycanın dövlət qurumlarının informasiya sistemlərinə qarşı kiberhücumların sayı və miqyası əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hücumlar əsasən DDoS üsulu ilə həyata keçirilir və dövlət qurumlarının elektron sistemlərinin fəaliyyətini dayandırmağa yönəlib.

Bununla yanaşı, müxtəlif dövlət informasiya resurslarına və qurum əməkdaşlarının elektron poçt hesablarına icazəsiz giriş cəhdləri də qeydə alınır.

Nadir Novruzov bildirib ki, hücumların əsas məqsədi dövlət sistemlərinin işini pozmaq və vətəndaşların elektron xidmətlərdən istifadəsinə mane olmaqdır.

Qurum rəsmisi vurğulayıb ki, kiberhücumlar davamlı izlənilir və onların qarşısının alınması üçün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Hücumların hansı ölkədən və ya şəxslər tərəfindən təşkil edildiyi barədə isə açıqlamada məlumat verilməyib.
Geri dön