Ana Sayfa > Özəl > Rusiyadan 6 mindən çox miqrant deportasiya ediləcək – 18 min nəfərə giriş qadağası
Rusiyadan 6 mindən çox miqrant deportasiya ediləcək – 18 min nəfərə giriş qadağasıDünən, 18:14. Yazar: vasif |
![]() Rusiyada qanunsuz miqrasiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib. Moskva vilayətində aparılan yoxlamalar nəticəsində minlərlə əcnəbi barəsində ölkədən çıxarılma qərarı qəbul edilib. Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, oktyabrın 1-dən 10-dək keçirilən “Qeyri-leqal-2026” əməliyyatı çərçivəsində 6 559 əcnəbinin ölkədən inzibati qaydada çıxarılması qərara alınıb. Bundan əlavə, 18 615 nəfərin Rusiyaya girişinə qadağa qoyulub. Əməliyyat zamanı miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 16 103 fakt aşkarlanıb. Onlardan 10 818-i ölkədə qalma qaydalarının pozulması, 1 677-si isə qanunsuz əmək fəaliyyəti ilə əlaqədardır. Həmçinin əcnəbiləri qanunsuz işə cəlb edən işəgötürənlərlə bağlı 2 393 inzibati protokol tərtib olunub. Rusiya polisi əvvəllər barələrində çıxarılma qərarı verilmiş, lakin ölkəni tərk etməmiş 214 əcnəbini də müəyyən edib. Həmin şəxslər müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilib və məcburi qaydada ölkələrinə göndərilmələrini gözləyirlər. Rusiya rəsmiləri əməliyyatın əsas məqsədinin qanunsuz miqrasiyanın qarşısını almaq və ölkədə miqrasiya qaydalarına nəzarəti gücləndirmək olduğunu bildiriblər. Geri dön |