Ana Sayfa > Siyasət > YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir

YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir


Bu gün, 10:06. Yazar: azer
YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir

YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam etdirilir.

19 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Xalxal" və "Ərmənət" ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı növbəti tədbir keçirib.

Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin ölkəmizin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, milli maraqların qorunması və dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan bütün sahələrdə mühüm nailiyyətlər əldə edir. Azər Ağayev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasının ölkəmizin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayıb. Bildirib ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması hər bir vətəndaşdan yüksək məsuliyyət və fəallıq tələb edir.

Tədbirdə çıxış edən "Ərmənət kəndi" ərazi partiya təşkiatınin sədri Ramin Dadaşov, "Xalxal kəndi" ərazi partiya təşkilatının sədri Mahir Nəbiyev, Xalxal kənd körpələr evi-uşaq bağçasının müdiri Zərniyar Nəsibova, Şəhid qardaşı Xəyal Əhmədov, partiya veteranları Rövşən Ağababayev və Vaqif Qocayev Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən prioritetlərin ölkəmizin davamlı inkişafına, milli birliyin möhkəmləndirilməsinə və əldə olunan nailiyyətlərin qorunmasına xidmət etdiyini bildiriblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bundan sonra da dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması və Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində fəal iştirakını davam etdirəcək.

Sonda cənab Prezidentin çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran tapşırıqların icrası ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Geri dön