Ana Sayfa > Siyasət > Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilirBu gün, 09:59. Yazar: azer |
![]() 16 oktyabr 2026- cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Oğuz xidmət-3"( "11N-li Yol İstismarı" MMC) və "Oğuz xidmət-4"( Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi) ərazi partiya təşkilatlarında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş görüşlər keçirilib. Tədbir Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi nitqin əhəmiyyətindən danışıb. Bildirib ki, Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsi ilə xüsusi əhəmiyyət daşıyır. Çıxışda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. Qeyd olunub ki, qurultayda irəli sürülən vəzifələr hər bir partiya üzvünün üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üzvləri dövlətçilik prinsiplərinin qorunması, cəmiyyətlə əlaqələrin gücləndirilməsi, vətəndaşların müraciətlərinə həssas yanaşılması və ölkəmizin gələcək inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Mehman Mikayılov çıxışında cənab Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin ölkənin gələcək inkişafı və partiyanın qarşısında duran vəzifələr baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin uğurla davam etdirilməsi Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin qorunmasına və daha da möhkəmləndirilməsinə xidmət edir. " Oğuz xidmət-4"(Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi) ərazi partiya təşkilatının sədri Anar Ramazanov, Oğuz SMSİİ-nin mühəndis hidrometri Surxay Sultanlı, "11N-li Yol İstismarı" MMC-nin direktoru Tərlan Məmmədov və başqaları çıxış edərək Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərin əhəmiyyətindən danışıblar. Bildiriblər ki, qurultayda müəyyənləşdirilən vəzifələr ölkəmizin gələcək inkişafı, dövlət müstəqilliyinin və suverenliyinin qorunması, milli maraqların təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik prinsiplərinə sadiqlik hər bir partiya üzvünün fəaliyyətində əsas meyar olmalıdır. Vurğulanıb ki, ərazi partiya təşkilatları qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, vətəndaşlarla əlaqələri gücləndirməli və cəmiyyətin ictimai-siyasi həyatında qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına öz töhfəsini verməlidirlər. Tədbir zamanı Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər, ölkənin qarşıdakı inkişaf istiqamətləri, partiya təşkilatlarının üzərinə düşən vəzifələr, gənclərlə işin gücləndirilməsi və ictimai fəallığın artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Çıxışlarda Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasətin nəticəsi olduğu vurğulanıb. Geri dön |