Ana Sayfa > Özəl > Azərbaycan neftdən əlavə 1,16 milyard dollar qazandı – Müharibənin qiymətlərə təsiri
Azərbaycan neftdən əlavə 1,16 milyard dollar qazandı – Müharibənin qiymətlərə təsiriBu gün, 22:19. Yazar: vasif |
![]() Dünya enerji bazarında neft qiymətlərinin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərinə də təsir göstərib. 2026-cı ilin ilk doqquz ayında ölkənin neft satışından əldə etdiyi gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 1,16 milyard dollardan çox artıb. Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, yanvar-sentyabr aylarında Azərbaycan xaricə 15,83 milyon ton neft ixrac edərək 10,1 milyard dollar gəlir əldə edib. 2025-ci ilin müvafiq dövründə isə 17 milyon tona yaxın neftin ixracından 8,94 milyard dollar gəlir götürülmüşdü. Beləliklə, neft ixracının fiziki həcmi 7 faiz azalsa da, satışdan əldə olunan vəsait 13 faiz artıb. Bu artımda dünya bazarında neftin bahalaşması mühüm rol oynayıb. ABŞ-İran qarşıdurmasının yaratdığı geosiyasi gərginlik də qiymətlərə təsir edən amillər sırasında göstərilir. Hesablamalara görə, Azərbaycanın bir ton neftdən əldə etdiyi orta ixrac gəliri təxminən 526 dollardan 638 dollara yüksəlib. Nəticədə Azərbaycan daha az neft satmasına baxmayaraq, əvvəlki ilin eyni dövründən təxminən 1 milyard 165 milyon dollar çox ixrac gəliri əldə edib. Bununla belə, artımın hamısını yalnız ABŞ-İran münaqişəsi ilə əlaqələndirmək düzgün olmaz. Geri dön |