Ana Sayfa > Özəl > Ermənistanda Laçınla bağlı yeni mübahisə – Nazir sərt mövqe ortaya qoydu
Ermənistanda Laçınla bağlı yeni mübahisə – Nazir sərt mövqe ortaya qoyduBu gün, 21:16. Yazar: vasif |
![]() İrəvanda keçirilən COP17 konfransı fonunda Ermənistan mediasında Laçın və sərhədyanı ərazilərlə bağlı iddialar yenidən gündəmə gətirilib. Jurnalistlərin bu mövzuda suallarını Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan cavablandırıb. Nazir bildirib ki, ölkəsinin əsas məqsədi Azərbaycanla sülh müqaviləsinin imzalanması və Ermənistanın 29 743 kvadratkilometrlik ərazisinin sərhədlərinin tam müəyyənləşdirilməsidir. Jurnalistlər Papoyandan Şikahoq qoruğunda azərbaycanlıların ağacları kəsməsi barədə iddiaların və 2022-ci ildə Laçın yolunda keçirilmiş ekoloji aksiyanın COP17 çərçivəsində müzakirəyə çıxarılıb-çıxarılmayacağını soruşublar. “Biz 29 743 kvadratkilometrdən kənar ərazilərlə bağlı heç bir tədbir görməyəcəyik. Hər bir ölkənin öz ərazisində nə edəcəyinə qərar vermək hüququ var”, – deyə Papoyan bildirib. Nazir vurğulayıb ki, Ermənistan hökumətinin diqqəti yalnız ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində baş verən hadisələrə yönəlib. Bununla belə, Ermənistan mediasında Laçın və Şikahoq qoruğu ilə bağlı müzakirələr davam edir. Azərbaycan tərəfinə yönələn ağacların qanunsuz kəsilməsi iddiaları isə təqdim olunan məlumatlarda müstəqil sübutlarla təsdiqlənmir. Müşahidəçilərin diqqət çəkdiyi əsas məqam COP17 kimi ekoloji tədbirin Azərbaycan-Ermənistan münasibətlərindəki siyasi mübahisələr üçün istifadə olunması ehtimalıdır. Papoyanın açıqlaması isə Ermənistan hökumətinin rəsmi mövqeyinin ölkənin tanınmış sərhədləri ilə məhdudlaşdığını göstərir. Geri dön |