Ana Sayfa > Özəl > İlon Maskdan 72 milyon uşağa böyük vəd – Milyardlarla dollarlıq plan
İlon Maskdan 72 milyon uşağa böyük vəd – Milyardlarla dollarlıq planBu gün, 21:00. Yazar: vasif |
![]() Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Maskın ABŞ-da milyonlarla uşağı əhatə edə biləcək yeni təşəbbüsü gündəmə gəlib. Yayılan məlumata görə, milyarder 2027-ci ildə ABŞ-da yaşayan hər bir uşağa sahibi olduğu SpaceX şirkətindən bir səhm verməyi planlaşdırır. Onun bu barədə X sosial şəbəkəsində paylaşım etdiyi bildirilir. Təşəbbüs reallaşarsa, təxminən 72 milyon uşaq SpaceX şirkətində kiçik pay sahibi ola bilər. İlkin hesablamalarda bir səhmin şərti dəyəri 170 dollar götürülüb. Bu rəqəmə əsasən, layihənin ümumi dəyəri 12,24 milyard dollara çata bilər. Lakin bu məbləğ təsdiqlənmiş maliyyə öhdəliyi deyil, nəzəri hesablamadır. Hələlik səhmlərin hansı tarixdə və necə paylanacağı, uşaqların həmin səhmləri sata bilib-bilməyəcəyi və yetkinlik yaşına qədər onların kim tərəfindən idarə olunacağı açıqlanmayıb. Mütəxəssislərin diqqət çəkdiyi əsas məqamlardan biri də səhmlərin dəyərinin dəyişə bilməsidir. Belə ki, şirkətin gələcək maliyyə vəziyyətindən asılı olaraq uşaqlara veriləcək payların qiyməti arta və ya azala bilər. Qeyd edək ki, təşəbbüsün həyata keçirildiyi barədə təsdiqlənmiş məlumat yoxdur. Hazırda söhbət Maskın verdiyi bildirilən vəddən gedir və planın icra şərtləri qeyri-müəyyən olaraq qalır. Geri dön |