Ana Sayfa > Ölkə > Xırdalanda tıxacların qarşısını almaq üçün iki yeni yol salınır

Xırdalanda tıxacların qarşısını almaq üçün iki yeni yol salınır


Bu gün, 11:00. Yazar: Subhan
Xırdalanda tıxacların qarşısını almaq üçün iki yeni yol salınır

Xırdalanda iki yeni yol salınacaq.

aia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması, şəhərdaxili hərəkətin asanlaşdırılması və əsas magistral avtomobil yollarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə iki mühüm yol infrastrukturu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Birinci layihə çərçivəsində yeni tunelin və əlaqələndirici yolların inşası, həmçinin mövcud yolların və yol qovşaqlarının yenidən təşkili nəzərdə tutulur. Bununla Xırdalan şəhərinin M-1 və M-4 magistral avtomobil yolları ilə nəqliyyat əlaqələri genişləndiriləcək, şəhərin müxtəlif hissələri arasında əlavə hərəkət imkanları yaradılacaq.

İkinci layihə isə M-4 magistral avtomobil yolundan Xırdalan şəhərinin mərkəzinə birbaşa nəqliyyat bağlantısının yaradılmasını əhatə edir. Layihəyə əsasən, bu istiqamətdə yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır.

Hər iki layihənin reallaşdırılması nəticəsində sürücülərin əlavə məsafə qət etməsinə ehtiyac azalacaq, nəqliyyat axınının müxtəlif istiqamətlər üzrə bölüşdürülməsi mümkün olacaq və şəhərin daxili küçələrində sıxlığın azalması üçün şərait yaranacaq.

aia.az
Geri dön