Ana Sayfa > Karusel / Ölkə > Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu
Bu marşrut üzrə əlavə qatar reysləri təyin olunduBu gün, 09:44. Yazar: Subhan |
![]() "Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək. aia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək. aia.az Geri dön |