Ana Sayfa > Dünya > “Xaosdan çıxmaq üçün Makron istefa verməlidir”

“Xaosdan çıxmaq üçün Makron istefa verməlidir”


Bu gün, 18:10. Yazar: vasif
“Xaosdan çıxmaq üçün Makron istefa verməlidir”


Fransanın “Vətənpərvərlər” partiyasının lideri və 2027-ci il prezident seçkilərində namizəd olan Florian Filippo ölkədə tüğyan edən kütləvi iğtişaşlar fonunda dövlət başçısı Emmanuel Makronu istefaya çağırıb.

“aia.az” xəbər verir ki, fransalı siyasətçi bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

Filippo Fransa hakimiyyətinin onilliklər ərzində genişmiqyaslı qanunsuz miqrasiyaya şərait yaratdığını xatırladıb:

“Xaosdan çıxmaq üçün hakimiyyətdəki xainləri uzaqlaşdırmaq (Makron istefa verməlidir), dövlətçiliyi və milli suverenliyi bərpa etmək lazımdır”, — deyə o vurğulayıb.
Geri dön