Ana Sayfa > Dünya > Tramp Fransanı sərhədlərini bağlamağa çağırdı

Tramp Fransanı sərhədlərini bağlamağa çağırdı


Bu gün, 18:53. Yazar: vasif
Tramp Fransanı sərhədlərini bağlamağa çağırdı


ABŞ Prezidenti Donald Tramp ölkəni bürüyən kütləvi iğtişaşlar fonunda Fransa hökumətini sərhədləri bağlamağa çağırıb.

“aia.az” xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Tramp bildirib:

“Fransa od içindədir! Tamamilə fərqli dünyadan gələn, qəlbində nifrət daşıyan insanların miqrasiyası bir vaxtlar böyük olan bu ölkəni məhv etdi. Hələ gec olmadan sərhədləri bağlayın və vəziyyəti nəzarətə götürün”.
Geri dön