Ana Sayfa > Dünya > Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?
Vanqadan qorxulu xəbərdarlıq: 2026-cı ilin sonunadək nələr olacaq?Bu gün, 13:00. Yazar: vasif |
![]() Məşhur kahin Vanqanın 2026-cı illə bağlı olduğu iddia edilən proqnozları yenidən gündəmə gəlib. Həmin iddialar arasında III Dünya müharibəsinin baş verməsi, Rusiya ilə ABŞ arasında birbaşa qarşıdurma və Rusiyada hakimiyyət dəyişikliyi ehtimalları yer alır. aia.az xəbər verir ki, bu barədə "Mirror" nəşri yazıb. Məlumata əsasən, Vanqaya aid edilən proqnozlarda ilin sonunadək dünyada ciddi geosiyasi dəyişikliklərin yaşana biləcəyi iddia olunur. Bu iddialardan biri də Rusiyada siyasi hakimiyyətin dəyişməsi və Vladimir Putinin prezidentliyinin sona çatması ehtimalıdır. Bundan başqa, kahinə aid edilən proqnozlarda noyabr ayında bəşəriyyətin yerdənkənar sivilizasiya ilə təmas qura biləcəyi də irəli sürülür. Qeyd edək ki, bu iddialar Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Moskva ilə Qərb arasındakı münasibətlərin gərgin olduğu bir dövrdə yayılıb. Vanqaya aid edilən bu proqnozların gerçəkliyi isə müstəqil şəkildə təsdiqlənməyib. Geri dön |