Ana Sayfa > Dünya > Baxçalıdan Azərbaycanla bağlı mühüm bəyanat – “Bundan geri dönüş olmayacaq!”
Baxçalıdan Azərbaycanla bağlı mühüm bəyanat – “Bundan geri dönüş olmayacaq!”Bu gün, 23:02. Yazar: vasif |
![]() Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik mesajı yayımlayıb. aia.az xəbər verir ki, Dövlət Baxçalı sosial şəbəkə hesabında paylaşdığı təbrikdə Azərbaycanın müstəqilliyini, Qarabağ Zəfərini və Türkiyə-Azərbaycan qardaşlığını xüsusi vurğulayıb. “1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə suverenliyini və azadlığını bütün dünyaya yenidən bəyan edən qardaş və dost ölkəmizin Müstəqilliyinin Bərpası Günü mübarək olsun. Bu əlamətdar günün 35-ci ildönümünü ən səmimi hisslərimlə təbrik edirəm. Qardaş və dost Azərbaycanın Müstəqilliyinin Bərpası Günü yalnız bir dövlətin yenidən doğuluşu deyil, eyni zamanda əsarəti qəbul etməyən və onun qarşısında baş əyməyən bir millətin şərəfli duruşunun ifadəsidir. Azərbaycan 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Qarabağ Zəfəri ilə milli müstəqilliyinə yeni məna və güc qazandırıb. "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi dost və qardaş Azərbaycanın müstəqillik düşüncəsinin mahiyyətidir. "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözləri dost və qardaş ölkəmizə qarşı hisslərimizin konkret ifadəsidir. Bu düşüncələr tarixi hadisələrin və təcrübələrin, ortaq taleyimizin əksidir. Böyük bir sivilizasiyanın beşiyində yer alan Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət" anlayışı ilə bütün çətinliklərə qarşı eyni düşüncələrlə sinə gərib və ortaq mövqe nümayiş etdirib. Bundan sonra da gələcəklərinə eyni hiss və düşüncələrlə istiqamət verəcəkləri şübhəsiz bir həqiqətdir. Bundan geri dönüş olmayacaq. Azərbaycan və Türkiyə hansı məsələ olursa-olsun, bir-birindən ayrılmaz bütövdür. Biz eyni soydan olan bir ananın iki oğluyuq. Əzəldən əbədə dinimiz, dilimiz, sevgimiz, yolumuz birdir. Sevgimiz də, mübarizəmiz də birdir. Bu münasibətlə qardaş və dostlarımızın Müstəqilliyinin Bərpası Gününü bir daha təbrik edir, hər birinə salam və məhəbbətimi çatdırıram”.musavat Geri dön |