Ana Sayfa > İdman > Mourinyodan Arda Gülərlə bağlı ŞOK açıqlama - Elə reaksiya göstərdi ki...

Mourinyodan Arda Gülərlə bağlı ŞOK açıqlama - Elə reaksiya göstərdi ki...


Bu gün, 19:17. Yazar: vasif
Mourinyodan Arda Gülərlə bağlı ŞOK açıqlama - Elə reaksiya göstərdi ki...


“Real Madrid”in baş məşqçisi Joze Mourinyo “Sevilya” ilə oyun öncəsi keçirilən mətbuat konfransında Arda Gülərlə bağlı ünvanlanan suala sərt reaksiya verib.

aia.az xəbər verir ki, mətbuat konfransında Ardanın oyun quruculuğundakı rolu ilə bağlı sual diqqət çəkib.

Mourinyoya mövsümün əvvəlində gənc futbolçunun yarımmüdafiənin mərkəzindən hücumları təşkil etməsi ilə bağlı yaranan suallar xatırladılıb. Komandanın son matçlarda bu istiqamətdə irəliləyiş əldə etdiyi qeyd olunaraq, Ardanın artıq həmin mövqe üçün daha uyğun seçim olub-olmadığı soruşulub.

Joze Mourinyo cavabında görülən işlərin kifayət qədər qiymətləndirilməməsindən narazılığını ifadə edib:

“İşin sirri yalnız çalışmaq, çalışmaq və yenə də çalışmaqdır. Ortada böyük zəhmət var. Ancaq mənə elə gəlir ki, görülən işin haqqını etiraf etmək sizin üçün çox çətindir. Görünür, ən kiçik mənfi məqamda günahlandırmaq üçün dərhal kimisə tapırsınız, amma yaxşı gedən hər şeyi yalnız şans və ya təsadüflə əlaqələndirirsiniz”.

Sərt reaksiyasından sonra Arda Gülərin futbolçu keyfiyyətlərindən danışan portuqaliyalı çalışdırıcı onun böyük potensiala malik olduğunu vurğulayıb:

“Hamımızın bildiyi kimi, Arda möhtəşəm istedada malik futbolçudur. Onun cəmi 21 yaşı var və açıq görünür ki, hələ özünün ən yüksək səviyyəsinə çatmayıb”.

Arda Gülərin müxtəlif mövqelərdə çıxış edə bilməsini də üstünlük kimi qiymətləndirən Joze Mourinyo gənc futbolçudan razı olduğunu bildirib:

“Onun malik olduğu keyfiyyətlər müxtəlif mövqelərdə oynamaq və meydanda fərqli rolları yerinə yetirmək imkanı yaradır. Mən ondan son dərəcə razıyam”.
Geri dön