Ana Sayfa > Gündəm > YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir
YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edirBu gün, 18:03. Yazar: azer |
![]() Müstəqil, suveren Azərbaycanımızın dünəninə, bu gününə və gələcəyinə xidmət edən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə oldu. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tapşırıq və tövsiyyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi. Qurultaydan sonra rayon təşkilatının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş görüşlər keçirilir. Rayon təşkilatının Telekommunikasiya qovşağı, Qazax rayon Psixiatriya Xəstəxanası, Qazax şəhər 5 saylı tam orta məktəb, Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatlarında bu yönümdə görüşlər keçirilib. Görüşlərdə çıxış edən rayon təşkilatının sədri Anar Nəbiyev partiyanın ali orqanında Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunmuş nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, tapşırıqlardan ətraflı danışıb. Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımı tapşırıq və tövsiyyələr verib. Görüşlərdə çıxış edən partiya üzvləri Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları əməli işləri ilə yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər. Geri dön |