Ana Sayfa > Gündəm > Mingəçevirdə 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib

Mingəçevirdə 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib


Bu gün, 17:59. Yazar: azer
Mingəçevirdə 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir keçirilib

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti, YAP Mingəçevir şəhər təşkilanının və Mingəçevir Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan Dövlətçiliyi” mövzusunda dəyirmi masa keçirilib.

aia.az xəbər verir ki, tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Dəyirmi masada Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin sektor müdiri Sahib Əliyev, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin direktoru Mənsur Həsənov, Mingəçevir Gənclər Evinin dərnək rəhbəri Humay Baxışova və Mingəçevir Dövlət Universitetinin tələbəsi Bəyim Sadıqzadə çıxış ediblər.

Çıxışlarda 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin xalqımızın çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik hadisə olduğu vurğulanıb. Qeyd edilib ki, bu tarixi qərar xalqımızın azadlıq iradəsinin, milli özünüdərkinin və müstəqil dövlət qurmaq əzminin təntənəsi idi.

Natiqlər Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən bəhs edərək, onun zəngin siyasi irsinin müasir Azərbaycanın inkişafında mühüm rolunu diqqətə çatdırıblar. Eyni zamanda, müstəqillik illərində ölkəmizin keçdiyi inkişaf yolundan, dövlət suverenliyinin möhkəmləndirilməsindən və Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsindən danışılıb.
Tədbirdə müstəqilliyin qorunmasının, milli-mənəvi dəyərlərin yaşadılmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda bildirilib ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının azadlıq mübarizəsini, milli qürurunu və dövlətçilik əzmini təcəssüm etdirən əlamətdar tarixdir. Müstəqilliyimizin qorunması və daha da möhkəmləndirilməsi hər bir vətəndaşın müqəddəs vəzifəsidir.
Geri dön