Ana Sayfa > İdman > "Şamaxı" "Şəfa"ya qalib gəldi
"Şamaxı" "Şəfa"ya qalib gəldiBu gün, 17:12. Yazar: Subhan |
![]() Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib. aia.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk iki qol qonaq komandadan gəlib. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-pen.) paytaxt təmsilçisinin qollarının müəllifi olublar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo Apolinario (90+5-pen.) diqqət mərkəzinə düşüblər. Qeyd edək ki, "Şamaxı" 13 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onbirincidir. VIII tura oktyabrın 18-də yekun vurulacaq. aia.az Geri dön |