Ana Sayfa > Manşet / Gündəm > Əlilliyi olan şəxslərə və şəhid ailələrinə

Əlilliyi olan şəxslərə və şəhid ailələrinə


Bu gün, 17:05. Yazar: Subhan
Əlilliyi olan şəxslərə və şəhid ailələrinə

Müharibə əlilləri və şəhid ailələrinin sosial təminatı üçün vəsaitlərin ayrılması müddəti 2029-cu ilədək uzadılıb.

aia.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı tədbirlərin maliyyələşdirilməsini əlavə olaraq 2022–2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirəcək:

- Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarına uyğun olaraq müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin edilməsi;

- “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi.

İndiyə qədər bu müddət 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.

aia.az
Geri dön