Ana Sayfa > Dünya > Lavrov Əfqanıstandan Rusiyanı təhdid üçün istifadə etmək planları barədə xəbərdarlıq edib

Lavrov Əfqanıstandan Rusiyanı təhdid üçün istifadə etmək planları barədə xəbərdarlıq edib


Bu gün, 16:23. Yazar: Subhan
Lavrov Əfqanıstandan Rusiyanı təhdid üçün istifadə etmək planları barədə xəbərdarlıq edib

Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstandan silahlıların Mərkəzi Asiyaya keçməsi təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

aia.az xəbər verir ki, bu barədə rusiyalı nazir KTMT, MDB və ŞƏT-in Mərkəzi Asiya və Əfqanıstanda təhlükəsizliklə bağlı konfransında danışıb.

O bildirib ki, Tacikistan, Türkmənistan və Özbəkistanın Əfqanıstanla sərhəd rayonlarında terrorçu və ekstremistlərin dayaq məntəqələri hələ də qalır: "Həmin terrorçu və esktremist təşkilatların üzvləri region ölkələrinə qaçqın adı altında da daxil olmağa cəhd edirlər".

Lavrov İŞİD-in regional bölməsi olan "Vilayət Xorasan"ı əsas təhdid adlandırıb. Rusiya XİN başçısı və xüsusi xidmət orqanlarının qiymətləndirmələrinə görə, həmin qruplaşma Əfqanıstanda sabitliyi pozmağa, terrorçu fəaliyyəti Mərkəzi Asiya və Rusiyaya köçürməyə səy göstərir.


aia.az
Geri dön