Ana Sayfa > Siyasət > Azərbaycan–Laos əlaqələri yeni iqtisadi imkanlara yol açır
Azərbaycan–Laos əlaqələri yeni iqtisadi imkanlara yol açırBu gün, 16:16. Yazar: azer |
![]() Dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsi siyasi dialoqun ardıcıl davam etdirilməsini, qarşılıqlı etimadın qorunmasını və əldə olunan razılaşmaların konkret iqtisadi nəticələrlə tamamlanmasını tələb edir. Azərbaycanla Laos arasında yüksək səviyyədə həyata keçirilən təmaslar da bu baxımdan xüsusi diqqətə layiqdir. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə arasındakı əlaqələrin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm imkanlar yaradıb. Səfərin siyasi əhəmiyyəti, ilk növbədə, hər iki dövlətin ikitərəfli münasibətlərin inkişafına maraq göstərməsində özünü büruzə verir. Asiyanın fərqli coğrafi məkanlarında yerləşən Azərbaycan və Laos arasında əməkdaşlığın genişləndirilməsi beynəlxalq tərəfdaşlıq əlaqələrinin şaxələndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin araşdırılması və qarşılıqlı maraqların uzlaşdırılması baxımından geniş perspektivlər açır. Yüksək səviyyəli görüşlərin keçirilməsi və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələrin aparılması ikitərəfli münasibətlərin daha sistemli və davamlı əsaslar üzərində inkişafına şərait yaradır. Cənab Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinə toxunması səfərin başlıca məqsədlərindən birinin iqtisadi əlaqələrin genişləndirilməsi olduğunu göstərir. Dövlətimizin başçısının iki ölkə arasında mövcud ticarət dövriyyəsinin potensial imkanları tam əks etdirmədiyini qeyd etməsi qarşılıqlı münasibətlərdə reallaşdırılmamış imkanların hələ də mövcud olduğunu göstərir. Bu mövqe siyasi əlaqələrdə formalaşmış müsbət təcrübənin iqtisadi əməkdaşlığa da tətbiq edilməsinə və mövcud münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına yönəlir. İqtisadi əlaqələrin inkişafı yalnız siyasi iradənin mövcudluğu ilə məhdudlaşmır. Bu prosesin uğurlu olması üçün qarşılıqlı fayda gətirən layihələrin hazırlanması, tərəflərin iqtisadi maraqlarının nəzərə alınması və uzunmüddətli əməkdaşlığı təmin edən mexanizmlərin yaradılması vacibdir. Azərbaycan tərəfinin Laos tərəfindən irəli sürüləcək investisiya layihələrini nəzərdən keçirməyə hazır olduğunu bildirməsi əməkdaşlığın iqtisadi məzmununun genişləndirilməsi baxımından əhəmiyyətlidir. Xarici ölkələrdə investisiya fəaliyyətini inkişaf etdirən Azərbaycanın təcrübəsi tərəfdaş dövlətlər üçün yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin artırılması və iqtisadi fəallığın yüksəldilməsi istiqamətində faydalı imkanlar yarada bilər. Burada əsas məqsəd yalnız iki ölkə arasındakı ticarət dövriyyəsini artırmaqdan ibarət deyil. Eyni zamanda, qarşılıqlı investisiyaların təşviqi, sahibkarlar arasında əlaqələrin möhkəmləndirilməsi və müxtəlif iqtisadi sahələr üzrə birgə layihələrin hazırlanması vasitəsilə uzunmüddətli tərəfdaşlıq münasibətlərinin qurulması da mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə konkret təşəbbüslərin həyata keçirilməsi Azərbaycan və Laosun mövcud iqtisadi imkanlarının daha geniş şəkildə reallaşdırılmasına, yeni əməkdaşlıq sahələrinin müəyyən edilməsinə və qarşılıqlı əlaqələrin dayanıqlığının artırılmasına töhfə verə bilər. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif coğrafi regionları əhatə edən dövlətlərlə qarşılıqlı fayda və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında münasibətlərin inkişaf etdirilməsidir. Bu yanaşma ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasını genişləndirməklə yanaşı, yeni iqtisadi tərəfdaşlarla əməkdaşlığın qurulmasına və mövcud imkanların daha səmərəli istifadəsinə şərait yaradır. Laosla siyasi dialoqun intensivləşməsi də Azərbaycanın Asiya istiqamətində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək siyasətinin əhəmiyyətini göstərir. İkitərəfli münasibətlərin gələcək mərhələdə daha konkret iqtisadi təşəbbüslərlə zənginləşdirilməsi hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun yeni imkanların yaranmasına xidmət edə bilər. Bəxtiyar Mustafayev, YAP Mingəçevir şəhər təşkilatının sədri. Geri dön |