Ana Sayfa > Ölkə > YAP Şəmkir rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam edir
YAP Şəmkir rayon təşkilatının Ərazi Partiya Təşkilatlarında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı partiya üzvləri ilə görüşlər davam edirBu gün, 11:19. Yazar: azer |
![]() 15 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı YAP Şəmkir rayon təşkilatının Gənclər və İdman sektoru, Dəllər-Cəyir kənd, Dəllər-Cırdaxan kənd və Çaparlı kənd Ərazi Partiya Təşkilatlarında partiya üzvləri ilə görüşlər keçirilib. Görüşlərdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultaydakı nitqində qarşıya qoyulan vəzifələr, ərazi partiya təşkilatlarının fəaliyyət istiqamətləri, təşkilati işlərin gücləndirilməsi, üzvlərlə işin səmərəliliyinin artırılması və dövlət siyasətinin əsas prioritetlərinin təşviqi məsələləri ətrafında müzakirələr aparılıb. Görüşlərdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev və rayon təşkilatının əməkdaşları Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, partiya üzvlərinin qarşısında duran vəzifələr və qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsində ərazi partiya təşkilatlarının üzərinə düşən məsuliyyət danışıblar. Görüçlərdə səsləndirilən fikirlərdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olduğu qeyd edilib. Bildirilib ki, ölkənin gələcək inkişafında gənc nəslin fəallığı, geniş dünyagörüşü, bilik və bacarıqları mühüm rol oynayır. Qurultaydan irəli gələn vəzifələrin həyata keçirilməsində partiya üzvlərinin fəallığının artırılmasının, cəmiyyətlə əlaqələrin gücləndirilməsinin və dövlətçilik prinsiplərinə sədaqətin vacibliyi vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın davamlı inkişafı naminə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında YAP üzvlərinin fəal iştirakının vacibliyi qeyd edilib. Geri dön |