Ana Sayfa > Karusel / Dünya > "Siyasət dünyasında heç kimə güvənmirəm" -

"Siyasət dünyasında heç kimə güvənmirəm" -


Bu gün, 09:22. Yazar: Subhan
"Siyasət dünyasında heç kimə güvənmirəm" -

ABŞ Prezidenti Donald Tramp İsrailin rəsmi şəxslərinin onun Baş nazir Benyamin Netanyahuya seçki kampaniyasında dəstək verməsini istədiklərini bildirib. Bununla belə, o, Netanyahuya dəstək verəcəyinə dair vəd verməyib.

aia.az xəbər verir ki, “Newsmax”a eksklüziv müsahibəsində Tramp İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərinə müdaxilə edib-etməyəcəyi ilə bağlı suala cavab verib.

“Onlar bunu etməyimi istərdilər. Bəli, istərdilər”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti Netanyahu ilə münasibətlərinin yaxşı olduğunu və birlikdə uğurlu nəticələr əldə etdiklərini qeyd edib. Lakin ona İsrailin baş nazirinə etibar edib-etmədiyi barədə sual verildikdə, Tramp belə cavab verib:

“Düzünü desəm, mən heç kimə etibar etmirəm. Siyasət dünyasında heç kimə güvənmirəm”.

Tramp ABŞ və İsrailin İrana qarşı müharibə zamanı əməkdaşlığını da yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkənin birgə hərbi əməliyyatları Tehranın hərbi imkanlarına və ölkə rəhbərliyinə ciddi zərbə vurub.

aia.az

Geri dön