Ana Sayfa > Özəl > ABŞ səfirinin istefa verdiyi bildirilir – Korrupsiya ittihamları gündəmdə
ABŞ səfirinin istefa verdiyi bildirilir – Korrupsiya ittihamları gündəmdəBu gün, 19:00. Yazar: vasif |
![]() ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Qilfoylun korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları fonunda istefa verdiyi barədə məlumat yayılıb. İddialara əsasən, diplomatın vəzifəsindən ayrılması Ağ Evin tələbi və ABŞ Prezidenti Donald Trampın göstərişi ilə baş tutub. Lakin istefanın səbəbləri və bu qərarın rəsmən təsdiqlənməsi ilə bağlı əlavə məlumat təqdim olunmayıb. ABŞ mediasına istinadla yayılan xəbərlərdə Qilfoylun sponsorlardan qanunsuz hədiyyələr qəbul etməkdə, şəxsi səfərləri zamanı iş adamlarına məxsus özəl təyyarələrdən istifadə etməkdə və müəyyən ödənişlər müqabilində Vaşinqtondakı rəsmi şəxslərlə əlaqələrin qurulmasını təklif etməkdə ittiham olunduğu bildirilir. Səfir isə barəsində səsləndirilən iddiaları rədd edib. O, nüfuzunu qorumaq və ittihamlara hüquqi müstəvidə cavab vermək niyyətində olduğunu bildirib. Qeyd edək ki, səsləndirilən ittihamlar hələlik şəxsin təqsirinin hüquqi qaydada sübuta yetirildiyi anlamına gəlmir. Məlumatların tam təsdiqi üçün ABŞ-nin müvafiq rəsmi qurumlarının açıqlamaları mühüm əhəmiyyət daşıyır. Geri dön |