Ana Sayfa > Parlament / Karusel > Erməni vəkil Peterburq terrorçunu müdafiə edir
Erməni vəkil Peterburq terrorçunu müdafiə edir18-04-2017, 18:15. Yazar: admin |
Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri hesab olunan Əbror Əzimov günahını etiraf edib. AzVision.az“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu aprelin 18-də Moskvanın Basmann rayon məhkəməsində onun erməni əsilli vəkili Armen Zadoyan bildirib. Məlumatda vurğulanır ki, vəkil detalları dəqiqləşdirməkdən imtina edib. Qeyd edək ki, aprelin 17-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada 1990-cı ildə Orta Asiyada anadan olan Əbror Axraloviç Əzimovu tutub. Əzimov aprelin 3-də Sankt-Peterburqda metroda törədilən terrorun təşkilatçılarından biri hesab olunur. Xatırladaq ki, aprelin 3-də Sankt - Peterburq metrosunda törədilən terror aktı zamanı 14 nəfər həyatını itirmiş, 40-dan çox adam yaralanmışdı. Ölənlərdən biri azərbaycanlıdır. AİA.az Geri dön |