Ana Sayfa > Siyasət > Hakan Fidan:
Hakan Fidan:Bu gün, 14:38. Yazar: Subhan |
![]() AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi artıracaq. aia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib. O bildirib ki, əlaqəlilik rəqəmsal dünyanı da əhatə edir: “AQEM çərçivəsində elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığı dərinləşdirməliyik ki, süni intellekt və digər yeni texnologiyalar yalnız Asiyada deyil, bütün dünyada insanların rifahına xidmət etsin. Süni intellekt qarşıdurma və ya inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır. Əlaqəliliyin gücləndirilməsi Asiyada davamlı inkişafı dəstəkləyəcək. Davamlı inkişaf isə iqlim dəyişikliyi ilə bağlı çağırışlara qarşı tədbirlərin görülməsini də tələb edir. Türkiyə iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə aparıcı rol oynamağa davam edir. Bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Tərəflər Konfransına (COP31) ev sahibliyi edəcək və konfransa sədrlik edəcəyik. Bu baxımdan, COP31-in iqlim ədalətinin, davamlı inkişafın və insan mərkəzli transformasiyanın gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik. Bütün müvafiq maraqlı tərəfləri qarşıdan gələn Liderlər Sammitində yüksək səviyyədə təmsil olunmağa çağırırıq". aia.az Geri dön |