Ana Sayfa > Siyasət > YAP-çı deputat: "Özünü insan kimi aparmalıdır"

YAP-çı deputat: "Özünü insan kimi aparmalıdır"


18-04-2017, 18:14. Yazar: admin
YAP-çı deputat: "Özünü insan kimi aparmalıdır"


"Bu günlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəsi general Yuri Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin edilib. Azərbaycan torpaqlarını işğal edən dövlətin sabiq baş qərargah rəisinin beynəlxalq təşkilatın rəhbəri seçilməsi Azərbaycanı laqeyd qoya bilməz".

AzVision.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə qeyd edib ki, Xaçaturov Azərbaycan torpaqlarının işğalında iştirak etmiş və mövqelərimizə qarşı vaxtaşırı provokasiyalar təşkil edən bir insandır: "Buna görə də Xaçaturovun fəaliyyəti daim Azərbaycan ictimaiyyətinin diqqətində olacaqdır. Digər tərəfdən Ermənistandan başqa KTMT-yə daxil olan digər beş ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar ötən ilin aprelində Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlarını dəstəkləmədilər. Bu Ermənistan üçün, həmçinin Xaçaturov üçün ciddi bir xatırlatmadır".

YAP-çı deputat vurğulayıb ki, Xaçaturov istədi-istəmədi KTMT-nin nizamnaməsinə uyğun hərəkət etməli olacaq: "Əgər səlahiyyətindən kənar bəyanatlar verərsə, onda həmin təşkilatın üzvü olan dövlətlərin ciddi etirazı ilə qarşılaşacaq. Eyni zamanda Azərbaycan da bu məsələni diqqətdən kənarda qoymayacaq. Xaçaturov bilməlidir ki, Azərbaycan müstəqil ölkədir, BMT tərəfindən tanınmış sərhədləri var. Xaçaturov etdiyi əməllərin əksinə olaraq, bu gün özünü diplomat, hüquqa bağlı insan kimi aparmalıdır".

AİA.az
Geri dön