Ana Sayfa > Ölkə > Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlanıb
Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlanıbBu gün, 13:28. Yazar: Subhan |
![]() Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qusar rayonunda Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrində aparılan bərpa işlərini yekunlaşdırıb. Bu barədə aia.az-a Agentlikdən məlumat verilib. Qeyd edilib ki, intensiv yağıntılar nəticəsində yaranan güclü sel axınları yolun sözügedən hissəsində yol yatağının dağılmasına və mövcud suötürücü qurğunun zədələnməsinə səbəb olmuşdu. "Aparılan bərpa işləri çərçivəsində zədələnmiş ərazidə torpaq işləri görülüb, sel sularının təhlükəsiz ötürülməsi üçün yeni dəmir-beton suötürücü qurğu inşa edilib. Həmçinin yol yatağı bərpa olunub, ətraf sahələrdə möhkəmləndirmə və mühafizə tədbirləri həyata keçirilib. Görülən işlər nəticəsində avtomobil yolunun zədələnmiş hissəsi bərpa edilərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub", - AAYDA-dan bildirilib. aia.az Geri dön |