Ana Sayfa > Siyasət > Azərbaycan çox tolerant ölkədir -

Azərbaycan çox tolerant ölkədir -


Bu gün, 13:21. Yazar: Subhan
Azərbaycan çox tolerant ölkədir -

Bu gün AQEM-in Zirvə Toplantısını Azərbaycanda keçirməyimiz çox əlamətdardır. Çünki Azərbaycan çox tolerant ölkədir.

aia.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail Prezidenti bildirib ki, Azərbaycan Prezidenti ölkənin inkişafına töhfə verən vacib işlər görməkdədir: “Çoxlu təzyiqlər olduğu şəraitdə beynəlxalq sülh üçün Azərbaycan vacib addımlar atmaqdadır. AQEM-in yaradılması bir məqsədə söykənərək yaradılıb. AQEM etimad quruculuğu tədbirlərini həyata keçirməkdədir. Qazaxıstan Prezidenti də bu təşəbbüsdə olduqca vacib rol oynayıb".

aia.az
Geri dön