Ana Sayfa > Siyasət > YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilib
YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilibBu gün, 13:20. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının Ağlavaşlı kənd, Qılıncbəyli kən, Qapanlı kənd və Yeniabad kənd ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbirlər keçirilib. Tədbirdə YAP Şəmkir rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının əməkdaşları Şövqi Həsənov, Azər Qəhrəmanov, Zaur Məmmədov, Turanə Rüstəmova VIII Qurultayın Yeni Azərbaycan Partiyasının həyatında mühüm siyasi hadisə olduğunu vurğulayıblar. Qeyd olunub ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı çıxışı partiyanın qarşısında duran əsas vəzifələri, ölkəmizin gələcək inkişaf prioritetlərini və milli maraqların qorunması istiqamətində həyata keçirilən siyasətin əhəmiyyətini aydın şəkildə ortaya qoyub. Qurultayda səsləndirilən fikirlərin və qəbul edilən qərarların partiyanın gələcək fəaliyyətində mühüm istiqamət təşkil etdiyi diqqətə çatdırılıb. Daha sonra çıxış edən ərazi partiya təşkilatlarının üzvləri VIII Qurultayın əhəmiyyətindən, partiyanın cəmiyyətdəki rolundan, üzvlərin ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyindən bəhs ediblər. Bildirilib ki, partiyanın müəyyən etdiyi hədəflərin uğurla həyata keçirilməsi üçün hər bir ərazi partiya təşkilatı üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, üzvlərlə işin səmərəliliyini artırmalı və ictimaiyyətlə əlaqələri daha da gücləndirməlidir. Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir partiyanın qarşıya qoyduğu məqsədlərin reallaşdırılması istiqamətində birgə fəaliyyətin və siyasi fəallığın artırılmasının vacibliyi vurğulanmaqla yekunlaşıb. Geri dön |