Ana Sayfa > Siyasət > Özbəkistan Prezidenti:

Özbəkistan Prezidenti:


Bu gün, 13:04. Yazar: Subhan
Özbəkistan Prezidenti:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyət və öhdəliklər aydın olmalıdır.

aia.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şafkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

Özbəkistan lideri vurğulayıb ki, Asiyada etimad infrastrukturu yaradılmalıdır və buna misal kimi AQEM çərçivəsində iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu deyib.

Onun sözlərinə görə, bu gün ölkələrin qarşısında yeni çağırışlar var:

"Bunlar iqlimlə və süni intellektlə bağlıdır. Biz rəqəmsal inkişafda bütün ölkələrə fayda verməsinə çalışmalıyıq. Bu mənada süni intellekt etika və məsuliyyətlə istifadəsi önəmlidir. AQEM çərçivəsində bu sahə üzrə ekspert platforması yaradılmalıdır".

aia.az
Geri dön