Ana Sayfa > Özəl > Zirvələrə aparan ömür yolu
Zirvələrə aparan ömür yoluBu gün, 11:24. Yazar: azer |
![]() Azərbaycan idmanına, pedaqoji sahəyə və alpinizmə uzun illər ərzində dəyərli töhfələr vermiş, alpinist, məşqçi-müəllim İsrafilov İlqar Kəbətulla oğlu 65 illik yubileyini qeyd edir. Onun həyat yolunun ən diqqətçəkən səhifələrindən biri isə alpinizmlə bağlıdır. Dağlara olan sevgisini peşəkarlıq və böyük iradə ilə birləşdirən İlqar İsrafilov Azərbaycanın Bazardüzü, Şahdağ, Tufandağ, İlham və Olimp,Atatürk,Çingiz Mustafayev zirvələrinə qalxıb.1998-ildə Ümummilli Lider Heydər Əliyevin 75 illiyi münasibətilə "Heydər zirvəsi"ni ilk olaraq fəth edən elspedisiyanın tərkibində İlqar müəllim də yer alıb.Bu yürüşlər onun üçün sadəcə idman uğuru deyil, həm də əzmin, cəsarətin və məqsədə bağlılığın sınağı olub. Azərbaycan dağları ilə kifayətlənməyən Ilqar İsrafilov beynəlxalq səviyyədə Pamir və Kilimancaro zirvələrinə də yüksələrək üçrəngli bayrağımızı uzaq zirvələrdə dalğalandırıb. Ekstremal idman növləri üzrə beynəlxalq turnirlərdə iştirak edib, qazandığı təcrübəni isə gənc idmançıların yetişdirilməsinə yönəldib. Çoxillik xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. İlqar İsrafilov “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülüb. Müəllimlikdən məşqçiliyə, təhsildən idmana, dağlardan təbiətin qorunmasına qədər uzanan bu yol bir amala – insanlara və cəmiyyətə faydalı olmağa xidmət edib. 65 illik yubileyiniz mübarək, İlqar müəllim! Zirvəniz hər zaman uca olsun! Geri dön |