Ana Sayfa > Dünya > Baş nazir ev işlərindən şikayətləndi
Baş nazir ev işlərindən şikayətləndiBu gün, 07:56. Yazar: Subhan |
![]() Yaponiyanın ilk qadın Baş naziri Sanae Takaiçi ev işlərinə sərf etdiyi vaxta görə kişi sələflərindən gündə 3-4 saat daha çox işləməli olduğunu bildirib. aia.az AFP-yə istinadən xəbər verir ki, özünü işgüzar insan kimi xarakterizə edən Takaiçi parlamentdə çıxışı zamanı gündəlik iş rejimindən danışıb. “Səhərlər duş alıram, səhər yeməyi hazırlayıram, sonra qabları yuyuram. Makiyaj üçün sərf etdiyim vaxtı isə heç demirəm”, – deyə Baş nazir bildirib. Takaiçi bu işlərin onun vaxtını kişi həmkarları ilə müqayisədə gündə 3-4 saat daha çox aldığını vurğulayıb. Baş nazir daha əvvəl də sıx iş qrafikindən danışaraq vəzifəyə başladıqdan sonra gecələr cəmi 0-3 saat yatdığını bildirmişdi. O, bəzən səhər saat 03:00-da belə əməkdaşları ilə iclas keçirdiyini açıqlamışdı. Yaponiyada baş nazirlərin parlament iclaslarında uzun saatlar keçirməsi adi hal hesab olunur. Onlar gündə 5-7 saat parlamentdə olur, müxalifət deputatlarının tənqidlərini dinləyir və ya müzakirələri izləyirlər. Yaponiya İnnovasiya Partiyasının deputatı Fumitake Fucita 2022-ci ildə Yaponiyanın Baş nazirinin parlament iclaslarında 72 gün iştirak etdiyini bildirib. Müqayisə üçün, həmin göstərici Böyük Britaniyada 50, Almaniyada isə 13 gün olub. Fucita qanunvericilik müzakirələrinin əhəmiyyətini qəbul etsə də, Baş nazirin parlamentdə bu qədər vaxt keçirməsinin beynəlxalq təcrübəyə uyğun olmadığını deyib. Yaponiyada qadınların siyasətdə təmsilçiliyi də aşağı səviyyədədir. Ötən il parlamentin aşağı palatasına keçirilən seçkilərdə qadınlar 465 yerdən yalnız 68-ni qazanıblar. aia.az Geri dön |