Ana Sayfa > Ölkə > "Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"

"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"


Bu gün, 17:47. Yazar: Subhan
"Bizim vaxtımızda uşaqlar nə yaylıq, nə hicab bağlayırdı"

“Şəxsən mən vahid məktəbli geyiminin tərəfdarıyam, çünki özüm də zamanında məktəbli paltarında məktəbə gedərdim”.

aia.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında Xalq artisti, bəstəkar Eldar Mansurov deyib.

Onun sözlərinə görə, məktəb illəri sovet dönəminə düşüb və hələ o vaxtlardan vahid məktəbli geyimləri mövcud idi.

“Mən də hamı kimi o geyimlərdən geyinirdim. O geyimin olmağının əsas xüsusiyyəti o idi ki, fəhlə ilə vəzifəli şəxsin övladları arasında fərq görünmürdü, hamı bərabər idi. İnanın ki, bizim heç ağlımıza da gəlməzdi ki, fərqli geyimdə məktəbə gedək. Öz istədiyimiz geyimdə biz ekskursiyalara, teatrlara, idman yarışlarına və digər yerlərə gedəndə geyinərdik.

O ki, qaldı qız uşaqlarına, bizim zamanımızda onlar nə hicab, nə də yaylıq ilə başlarını örtərdilər. Şəxsən mən vahid məktəbli geyiminin tərəfdarıyam, çünki özüm də zamanında məktəbli paltarında məktəbə gedərdim” deyə, bəstəkar əlavə edib.

Xatırladaq ki, 2026-cı il sentyabrın 21-də Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.

Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

aia.az
Geri dön