Ana Sayfa > Şou-biznes > "Allaha yalvarıram ki, ən ağır cəzanı alsın" - Nigar Camal

"Allaha yalvarıram ki, ən ağır cəzanı alsın" - Nigar Camal


Bu gün, 17:36. Yazar: vasif
"Allaha yalvarıram ki, ən ağır cəzanı alsın" - Nigar Camal



"Üstündən vaxt keçməsinə baxmayaraq, o boğaz itin vəhşicəsinə öldürülməsini hələ də unuda bilmirəm. Necə ola bilər ki, insan müdafiəsiz bir heyvana bu qədər amansızlıqla işgəncə versin, onu kəsib-doğrasın, sonra da yeddinci mərtəbədən aşağı atsın?!".
aia.az xəbər verir ki, bu fikirləri müğənni Nigar Camal deyib.

"Axı o, bətnində hələ dünyaya gəlməmiş balalarını daşıyırdı! Mənim üçün bu vəhşilik öz qəddarlığına görə hamilə bir qadının qətlə yetirilməsi ilə müqayisə oluna bilər. Bu gün ehtimal olunan günahkarın şəklini görəndə çox ümid etdim ki, kimsə onu tanıyacaq.

Allaha yalvarıram ki, bu insanlıqdan kənar cinayəti törədən şəxs ən ağır cəzasını alsın", - o qeyd edib.

Qeyd edək ki, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. İtin çoxmərtəbəli binadan yerə atılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb və ictimai qınağa səbəb olub. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırma nəticəsində heyvanla rəhmsiz rəftar edən Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub.
Geri dön