Ana Sayfa > Siyasət > Emoməli Rahmon Azərbaycana gəlir
Emoməli Rahmon Azərbaycana gəlirBu gün, 17:05. Yazar: vasif |
![]() Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək. aia.az xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, E.Rahmon artıq Azərbaycana yola düşüb. Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq. Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək. Geri dön |