Ana Sayfa > Siyasət > YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir
YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilirBu gün, 15:35. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Oğuz şəhər 4N-li" (Təhsil işciləri) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlərdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib. aia.az xəbər verir ki, görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz Rayon üzrə Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında və partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. O, Prezident İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi prioritetlərin qarşıya yeni vəzifələr qoyduğunu qeyd edərək, partiya üzvlərinin bu vəzifələrin həyata keçirilməsində fəallıq nümayiş etdirmələrinin vacibliyini vurğulayıb. Daha sonra çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz Rayon üzrə Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təhsil sahəsinin inkişafına, peşəkar kadr hazırlığının təkmilləşdirilməsinə və gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsinə verdiyi töhfələrdən bəhs edib. O, təhsil müəssisələrində ideoloji işin gücləndirilməsinin, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və onların ictimai fəallığının artırılmasının əhəmiyyətini qeyd edib. Kərimli kənd tam orta ümumtəhsil məktəbinin direktoru Dürdanə Kərimova, Bayan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Səidə İsmayılova, Padar kənd tam orta ümumtəhsil məktəbinin direktor müavini Şahlar Əliyev çıxışlarında Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsində təhsil müəssisələrinin rolundan danışıblar. Onlar kollektivin bu istiqamətdə fəaliyyətinin əlaqələndirilməsinin, gənclər arasında milli-ideoloji dəyərlərin təbliğinin və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyini vurğulayıblar. Sonda görüş iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geri dön |