Ana Sayfa > Ölkə > Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir
Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilirBu gün, 15:03. Yazar: vasif |
![]() NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb. Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyarlılıq səviyyəsi yoxlanılıb. Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə Alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.
Geri dön |