Ana Sayfa > Özəl > İran telekanalı Türkiyədəki görüntüləri Azərbaycanla əlaqələndirdi – Rəsmi açıqlama
İran telekanalı Türkiyədəki görüntüləri Azərbaycanla əlaqələndirdi – Rəsmi açıqlamaBu gün, 20:22. Yazar: vasif |
![]() İranın “Səhər” (“Sahar Azəri”) telekanalı Türkiyənin Diyarbakır vilayətində keçirilən tədbirin görüntülərini Azərbaycanla əlaqələndirməkdə ittiham olunur. Bildirilir ki, həmin kadrlar Azərbaycanda hicablı şəxslərə dəstək məqsədilə təşkil edilmiş aksiya kimi təqdim olunub. Bu barədə Media və Yayım Şurasının yaydığı açıqlamada məlumat verilib. Qurumun mövqeyinə görə, görüntülərin çəkildiyi məkanın və hadisənin mahiyyətinin fərqli təqdim edilməsi ictimaiyyətin yanlış məlumatlandırılmasına yönəlmiş dezinformasiya nümunəsidir. Açıqlamada qeyd olunub ki, sözügedən telekanalın Azərbaycanla bağlı yayımları qərəzli xarakter daşıyır. Şura kanalın ölkəmiz haqqında həqiqətə uyğun olmayan məlumatlar yaydığını, hadisələri təhrif etdiyini və ictimai rəydə mənfi təsəvvür yaratmağa çalışdığını bildirib. Qurumun məlumatına əsasən, “Sahar Azəri” telekanalı məhz bu cür fəaliyyətinə görə qara siyahıya daxil edilib. Media və Yayım Şurası informasiya vasitələrini xəbərlərin hazırlanması və yayılması zamanı faktların dəqiqliyinə, obyektivliyə və peşəkar jurnalistika prinsiplərinə əməl etməyə çağırıb. Eyni zamanda, vətəndaşlara sosial şəbəkələrdə və müxtəlif media platformalarında yayılan məlumatlara tənqidi yanaşmaq, görüntülərin mənbəyini yoxlamaq və təsdiqlənməmiş informasiyaların yayılmasına şərait yaratmamaq tövsiyə olunub. Geri dön |